Londonda hərbi paradın məşqi zamanı tribuna uçub

Londonda Böyük Britaniya kraliçası II Elizabetanın hakimiyyətinin 70-ci ildönümünün qeyd edilməsi üçün keçirilən hərbi paradın məşqi zamanı tamaşaçı tribunası uçub. SİA bu barədə “TASS”a istinad edir.

Hadisə nəticəsində 5 nəfərin xəsarət aldığı deyilir.

O da qeyd olunur ki, üç zərərçəkən xəstəxanaya yerləşdirilib.

Böyük Britaniyanın Müdafiə Nazirliyi hadisənin səbəblərini müəyyən etmək üçün araşdırma aparır.

Bütün xəbərlər Facebook səhifəmizdə