“Şuvalovun villasının yağmalanması...”

Avstriyada bir qrup, rus saytları ki, onları anarxist kimi təqdim edir ölkədəki Attersee gölünün yanında “VEB.RF” korporasiyasının rəhbəri İqor Şuvalova məxsus olduğu iddia edilən villanı ələ keçiriblər.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Salzburger Nachrichten” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, özlərini “azad anarxist fəallar birliyi” adlandıran 40-a qədər adam evə daxil olub. Onlar öz bəyanatlarında gölün “özəlləşdirilməsi”nin dayandırılmasını, Şuvalovun əmlakının ələ keçirilməsini, qaçqınların, fərarilərin və evsizlərin evinə çevrilməsini tələb edirlər.

Fəallardan biri bildirib ki, ələ keçirmə iştirakçılarının hər biri özünün doğru hesab etdiyi şəkildə polislə üzləşəcək. Etirazçılar həmçinin Ukraynadakı münaqişəyə qarşı olduqlarını da açıqlayıblar.

Polis evin yaxınlığında mövqe tutub və fəallarla danışıqlar aparır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...