“Qəriblikdə tək yatan canım oy...”

...Deyəsən, bir az səngiyib axı... Əlişir-İrina "cütlüyü"nün boşanmasıyla bağlı yazıları deyirəm ey...

Gəlin, elə birinci özümüzdən başlayaq.

Deməli, gərək ki, Mirzə Cəlilin əsərindəndir... Belə ki, İrandan Bakıya gəlib hansısa bir neft buruğunda kankanlıq edən yaşlı bir iranlının qəribə bir şakəri varmış.

O, hər gecə yatağa girərkən “qəriblikdə tək yatan canım oy...” deyib “nalə” çəkərmiş. İranlının kirələdiyi evin həndəvərində yaşayan və onun hər gecə cəkdiyi “ah-nalədən zinhara gələn yaşlı qonşular axır ki, bu yaşlı iranlını evləndirmək qərına gəlirlər. Elə qarımış bir qadın tapıb evləndirirlər də...

...Nədən danışacaqdıq? Hə, deyəsən, yadıma düşdü... milyarder Əlişir Usmanovla onun artıq sabiq demək olasa, məşqçi zövcəsi İrina Viner haqqında.

Deyim ki, öz dərdimiz özümüzə bəs eləmir deyə, hələ bir hansı qəzeti açırsan, hansısa bir sayta girirsən bunlardan yazır. Əşi, boşanırlar, belə cəh... yenə də Ramzan da demiş...”şaytana” nəhlət.

...Mən biləni, yəhudi əsilli İrina Viner Səmərqənddə doğulub. Əlişir Usmanovla da elə orada tanış olub evləniblər. Gərək ki, o vaxta qədər imkan tapıb artıq bir dəfə ərdə olan İrina xanım Əlişirdən 6-7 yaş da böyük olmalıdır. Əlişirlə evlənərkən birinci ərindən övladı da olnalı idi.

Təbii ki, bütün bunlar bizlik deyil.

İndi bütün rus nəşrləri belə bir “gözəl ailənin... belə bir sonluğuna” təəssüflənirlər. Artıq bir həftədir ki, elə bundan da yazırlar. Amma başa düşmək olnur ki, niyə? Gəlin ondan başlayaq ki, 1992-ci ilə evlənən bu cütlük 30 illik evliliyin üst-üstə heç 10 ilini bir yerdə yaşamayıblar. Belə ki, Əlişir Londonda para qazanıb, İrina da Rusiyada ruslar üçün idmançı hazırlayıb...və bununla yanaşı eyni zamanda Əlşirin göndərdiyi paraları xımır-xımır xırd eləyib yeyib.

İldə-ayda bir dəfə, bizlərdə deyildiyi kimi, İrina Əlişirin başına düşəndə,.. onda da gəlib İranı Moskvada ona aldığı evdə tapa bilmirdi. Belə ki, İrina ya məşqdə olurdu, ya da özünün yetişdirdiyi idmancılarla xarici yarışda...

Belə olan halda Əlişir yazıq neyləməlidir? Nə vaxta qədər “qəriblikdə tək yatan canım oy...” deyib, yox-yox Londonda belə şeylər keçmir, sadəcə olaraq düşünülür...hə, düşünməliydi? Sizdən soruşuram ey.... Bəlkə də hələ bilmədiyimiz başqa nəsnələr də var...

...Bu qədər para töküb İraya həsrət qalan Əlişir də nə vaxta qədər içində cəkib nalə edəcəkdi, hıy? Odur ki, mənə görə, Əlişir nə eləyibsə, elə haqq eləyib...

...Gəlmişkən, icazə verin bunu da danışım...

...Yaxınlarda təsadüfən rayondan tanıdığım hörmətli ixtiyar kişilərdən biri ilə rastlaşdım. Hal-əhval tutduq. Kədərli olduğunu hiss etdim. Söhbət əsnasında məlum oldu ki, yaxınlarda həyat yoldaşını itirib. Başsağlığı verdim.

“ ...Qadın kişiyə təkcə çavanlıqda lazım olmur, bala -dedi. İndi yoxdu deyə, evdə hər küncdən. bucaqdan onun qoxusunu alıb, arada bir doluram da...”.

İnanın ki, kişinin dedikləri məni də kövrəltdi.

...İndi, gəlin insafla danışağın, rusların “Əlşir-İra cütlüyü kimi gözəl bir ailənin... belə bir sonluqla” bitməsini yazıb təəssüflənmələri hara, bu ixtiyar kişinin danışdıqları hara...

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...