"Azovstal" polad zavodu tamamilə boşaldılıb

Rus işğalçılarına qarşı müqavimətin 80 gün davam etdiyi Avropanın ən böyük polad zavodundan sonuncu ukraynalı hərbçilər də çıxıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov Ukraynanın Mariupol şəhərində Rusiya ordusuna qarşı müqavimət simvoluna çevrilən "Azovstal" zavodunda son ukraynalı əsgərlərin təslim olduğunu bildirib.

Konaşenkov açıqlamasında "Aprelin 21-dən Azov batalyonunun bir qrup ukraynalı əsgəri tərəfindən blokadaya alınmış Mariupoldakı "Azovstal" zavodu tamamilə azad edilib. Əsgərlərin gizləndiyi fabrik ərazisi tamamilə nəzarətə götürülüb. 531 ukraynalı əsgərdən ibarət son qrup təslim oldu” ifadələrini işlədib.

Azov batalyonunun komandirinin xüsusi zirehli maşınla fabrikdən çıxarıldığını qeyd edən Konaşenkov mayın 16-dan bu yana ümumilikdə 2439 Ukrayna əsgərinin silahlarını yerə ataraq təslim olduğunu iddia edib.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...