Meymun çiçəyi virusu yoluxmağa davam edir

Son xəbərlərə görə, ÜST Avropanın başqa bir ölkəsində ortaya çıxan meymun çiçəyi virusu ilə bağlı təcili toplantı keçirir.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bir gündə daha 24 yoluxma halının müəyyən edildiyi İspaniyada epidemiyanın paytaxt Madriddəki saunadan yayıldığı bildirilir. Belçikada 10 min adamın qatıldığı fetiş festivalı epidemiyanın mərkəzidir.
Üç qitədə aşkarlanan meymun çiçəyi virusunun başqa bir ölkəyə yayılması, Avropada yoluxma hallarının 100-ü ötməsindən sonra Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) təcili iclas çağırıb.
Avropada İngiltərə, Fransa, Almaniya, Belçika, İtaliya, İspaniya, İsveç və Portuqaliyada aşkarlanan virus nəhayət Hollandiyada da ortaya çıxıb.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə