Meymun çiçəyi xəstəliyi daha bir ölkədə aşkarlanıb

Meymun çiçəyi xəstəliyi daha bir ölkədə aşkarlanıb

Dünyada yayılmağa davam edən meymun çiçəyi virusu İsrailə də yayılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu günə qədər İngiltərə, İspaniya, Portuqaliya, ABŞ, Kanada, İsveç, İtaliya, Fransa, Belçika, Almaniya və Avstraliyada müşahidə edilən meymun çiçəyi virusu İsraildə 1 nəfərdə aşkarlanıb. İsrailin paytaxtı Təl-Əvivdəki bir xəstəxanadan verilən açıqlamada, yaxın zamanda Avropaya səyahət edən 30 yaşlarında bir kişinin meymun çiçəyi virusu əlamətləri ilə təcili xidmətə gəldiyi bildirilib. Xəstənin karantinə alındığı açıqlansa da, vəziyyətinin yaxşı olduğu bildirilib.

Ümumdünya Səhiyyə Təşkilatı daha əvvəl qeyd etmişdi ki, xəstəliyin simptomları "klinik cəhətdən daha az ağır olsa da, keçmişdə çiçək xəstələrində müşahidə olunanlara çox oxşardır".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə