Fransanın şimalındakı Şatne-Malabri kommunasında yerləşən məktəbin yeməkxanasında kütləvi zəhərlənmə hadisəsi baş verib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə radio “France Bleu” bildirib.
Qeyd olunub ki, 363 şagird və 20 böyük zəhərlənib.
Hadisə mayın 19-da baş verib. Şagirdlər, müəllimlər və digər məktəb işçilərində ürəkbulanma, qarın ağrısı, qusma və ya ishal kimi simptomlar müşahidə olunub. Üç azyaşlı xəstəxanaya yerləşdirilməli olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB