Çeçenistan rəhbəri Ramzan Kadırov Lisiçansk və Severodonetskdəki ukraynalı döyüşçülərə silahlarını yerə qoymağa çağırıb.
“Mən Severodonetskdə, Lisiçanskda, bu yaşayış məntəqələrinin ətrafında müqavimət göstərən hər kəsdən çox xahiş edirəm ki, özlərinə gəlsinlər və küncə sıxışdırılana, məhv edilənə, yaralanana qədər silahlarını yerə qoysunlar”.
Verilən məlumata görə, Kadırov bunu “Telegram”-da bildirib. (...mən onların Ramzanı eşidəcəklərinə 100 faiz əminəm-A.B.)
Onun sözlərinə görə, bu insanlar döyüşləri davam etdirməkdən imtina etməklə təsdiq edəcəklər ki, Ukrayna və Rusiya sülh şəraitində yaşamalıdır.
Amma maraqlıdır ki, Ukraynadakı döyüşlərlə bağlı bütün xəbərlərə, bəlkə elə “Putindən də qabaq sahib olan” Ramzan niyə, Lisiçansk və Severodonetsk döyüşçülərinə Mariupoldakı “Azovstal” hərbçilərindən, onların “silahı yerə qoyub təslim olmalarından” nümunə gətirməyib, hıy?
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB