Pandemiya ilə mübarizə üçün 18,3 milyard dollar ayıracaq

Pandemiya ilə mübarizə üçün 18,3 milyard dollar ayıracaq

"Böyük yeddilik”, yəni G7 ölkələri (Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiya) “ACT-Accelerator” beynəlxalq mexanizminə 18,3 milyard ABŞ dolları ayırmaq qərarına gəliblər.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Böyük yeddiliy”in səhiyyə nazirlərinin Berlində keçirilən görüşünün yekunları üzrə yayımlanan kommünikedə deyilir. Hazırda G7-yə Almaniya sədrlik edir.

“G7 üzvləri “ACT-Accelerator”a 18,3 milyard dollar ayırmaqla bağlı öhdəlik qəbul edib. Bunun da 12,36 milyard dolları COVAX-a ayrılıb”, – bəyanatda deyilir.

Bütün xəbərlər Facebook səhifəmizdə