Miqrant qayığı batıb, ölənlər var

Tunisin şərq sahillərində göyərtəsində 58 miqrant olan qayıq batıb.
Miqrant qayığı batıb, ölənlər var

TRT-nin “Tunis Afrique Presse” agentliyinə istinadla verdiyi xəbərə görə Qayıqda olan qeyri-qanuni imqrantlardan 4-ü ölüb, 10-u itkin düşüb. 44 miqrant isə Sfaks şəhəri sahillərində xilas olub.

SİA-nın əldə etdiyi məlumata görə, miqrantlar Aralıq dənizini keçərək İtaliyaya çatmağa cəhd ediblər.

Qeyd edək ki, Aralıq dənizi bölgəsinin mərkəzində yerləşən Tunis Avropaya qeyri-qanuni immiqrasiya üçün ən “populyar” tranzit yollarındadır.

Ölkə rəhbərliyi bu problemlə bağlı sərt tədbirlər görsə də, Tunisdən İtaliyaya keçməyə çalışan qeyri-qanuni mühacirlərin sayı artıb.

Bütün xəbərlər Facebook səhifəmizdə