Ukrayna saytlarının yazdığına görə, Ukrayna Silahlı Qüvvələrinin “Azov” alayının komandiri Denis Prokopenko (Redis) Mariupoldakı “Azovstal” zavodunun ərazisini tərk edərək təslim olub.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Birinci Kanal”ın jurnalisti İrina Kuksenkova Telegram kanalında məlumat vermişdi.
Deyilənə görə, bundan əvvəl şəbəkədə müqavimətin bitdiyini elan edən Denis Prokopenkonun videomüraciəti peyda olub. Onun sözlərinə görə, Ukraynanın ali hərbi rəhbərliyi Mariupolun müdafiəsini dayandırmaq əmri verib.
Qeyd edək ki, bundan əvvəl Vladimir Zelenskinin açıqlaması var. O, “Azovstal” zavodu ərazisində olan mülkilər, həkimlər və ağır yaralıların çıxarılımasının vacibliyini bildirmişdi.
Ukraynalı prezidentin sözlərinə görə, struktur mürəkkəbdir, blokun açılması ilə vasitəçilərin, Qərb tərəfdaşlarının məşğul olacağı razılaşdırılıb.
Bu arada Rusiyanın Müdafiə naziri Sergey Şoyqu “Azovstal”dakı əməliyyatın “uğurla” başa çatması və Mariupolun Ukrayna qoşunlarından təmizlənməsi barədə Prezident Vladimir Putinə məruzə edib.
Maraqlıdır, görən, Şoyqu Ukraynanın ali hərbi rəhbərliyinin öz əsgərlərinə Mariupolun müdafiəsini dayandırmaq əmri barədə nəsə deyibmi?
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB