Hollandiyada bir neçə nəfər meymun çiçəyi xəstəliyinə yoluxmaqda şübhəli bilinir.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “NL Times” məlumat yayıb. Qeyd edilir ki, hazırda həkimlər onları nəzartə götürüb yoxlayırlar.
Yeri gəlmişkən bildirək ki, bu həftə Avropada 100-dən çox adamda meymun çiçəyi hadisəsi müəyyən edilib. Qeyd edilməkdədir ki, virus digər qitələrdə də aşkar edilib. Ümumilikdə bu yaxınlarda ən azı 11 ölkədə - ABŞ, İspaniya, Portuqaliya, Böyük Britaniya, Belçika, İtaliya, Fransa, Almaniya, İsveç, Avstraliya və Kanadada qeydə alınıb.
Bundan əvvəl Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) meymun çiçəyi xəstəliyinin yayılması ilə əlaqədar mütəxəssislərin fövqəladə iclasını çağırdığını bildirmişdi.
Corc Meyson Universitetinin Sistem Biologiyası Məktəbinin professoru Ança Baranova bildirib ki, insanların ötən əsrin 80-ci illərinə qədər uşaqlıqda etdikləri adi çiçək xəstəliyinə qarşı peyvəndlər meymun xəstəliyindən xilas olub.
Bioloq vurğulayıb ki, meymun xəstəliyinin iki ştammı indi məlumdur: birincisi, daha təhlükəlisi Mərkəzi Afrikada, Konqoda yayılır. Bu, yoluxmuşların 10 faizini öldürür. İkinci növ ölümcülliyin daha az olduğu Qərbi Afrikada, Nigeriyada yayılıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB