Ukraynada indiyәdәk 231 uşaq hәyatını itirb

Ukraynada indiyәdәk 231 uşaq hәyatını itirb

Rusiyanın fevralın 24-dәn etibarәn Ukrayna әrazisindә törәtdiyi hücumlar nәticәsindә 231 uşaq hәyatını itirib, 427 uşaq da yaralanıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barәdә Ukrayna Baş Prokurorluğu mәlumat yayıb. Mәlumatda hücumlar nәticәsindә әn çox uşaq ölümlәrinin Donetsk, Kiyev vә Xarkov şәhәrlәrindә qeydә alındığı bildirilib.

Rusiyanın törәtdiyi bombardmanlar nәticәsindә 1 837 mәktәbin zәrәr gördüyü, bunlardan 172-nin dağıldığı qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə