İranda hərbi sursat daşıyan avtomobil yanıb

İranda hərbi sursat daşıyan avtomobil yanıb

Tehran yaxınlığında hərbi sursat daşıyan avtomobil yanıb.

SİA APA-ya istinadən xəbər verir ki, hadisə paytaxt Tehranın Vəramin bölgəsində baş verib.

Böyük həcmdə silah-sursat daşıyan avtomobildə nasazlıq yarandığı üçün qəza baş verib və nəqliyyat vasitəsi alışıb.

Qəza nəticəsində xəsarət alan olmayıb.

Hadisənin təfərrüatları açıqlanmır.

Bütün xəbərlər Facebook səhifəmizdə