Kolumbiya Prezidenti İvan Duke Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə bu gün Türkiyəyə işgüzar səfər edəcək.
SİA-nın əldə etdiyi məlumata görə, səfər mayın 22-dək davam edəcək. Görüşlərdə Türkiyə ilə Kolumbiya arasındakı əlaqələr nəzərdən keçiriləcək, əməkdaşlığın yaxşılaşdırılması üçün atılacaq addımlar müzakirə olunacaq.
Eyni zamanda səfər çərçivəsində ikitərəfli əlaqələrlə bağlı müqavilələrin imzalanması da gündəmdə olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB