Pirotexnika sexində partlayış...ölənlər var

Pirotexnika sexində partlayış...ölənlər var

“Associated Press”in məlumatına görə, Mexiko şəhərinin şərqində yerləşən Santyaqo Tenanqo kəndində qanunsuz atəşfəşanlıq anbarında baş verən partlayış nəticəsində iki uşaq və dörd böyük ölüb. SİA bu barədə rus saytına istinad edir.

Bazar ertəsi axşam saatlarında fərdi evlərin birində pirotexniki vasitələr partlayıb. Zərbə dalğası partlayışın episentrinin yerləşdiyi binanı tamamilə sıradan çıxarıb. Bundan əlavə, yaxınlıqdakı tikililərə və park edilmiş avtomobillərə ziyan dəyib.

Bir neçə nəfər yaralanıb, qurbanların dəqiq sayı məlum deyil.

Atəşfəşanlığın saxlandığı binanın atəşfəşanlıq emalatxanası, yoxsa dükan olduğu hələlik bəlli deyil.

Əldə olunan məlumata görə, biznes qanunsuz və qeydiyyatdan keçməyib. Meksika qanunlarına görə, pirotexniki vasitələrin istehsalı, satışı və saxlanması üçün icazə ölkənin Müdafiə Nazirliyi tərəfindən verilməlidir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə