“ Biz rejim dəyişikliyi axtarmırıq....”

...amma biz Rusiyanın bundan sonra bu cür təcavüzkar hərəkətlər etmək iqtidarında olmayacağına əmin olmalıyıq
“ Biz rejim dəyişikliyi axtarmırıq....”

Böyük Britaniyanın xarici işlər naziri Liz Trass İtaliyanın “Corriere della Sera” qəzetinə müsahibəsində bildirib ki, London və Vaşinqton Rusiyada hakimiyyət dəyişikliyi etməyi hədəfləmir.

Trass, həmçinin Fransa prezidenti Emmanuel Makronun Rusiyaya Ukrayna böhranından çıxış yolu tapılması fikrini də tənqid edib. SİA bu barədə rus saytına istinad edir.

“...Putin Ukraynada uduzmalıdır və biz Ukraynanın suverenliyinin və ərazi bütövlüyünün bərpa olunduğunu görməliyik, biz bunu çox açıq şəkildə bəyan etmişik”.

Qeyd edək ki, britaniyalı xarici işlər naziri bunu Krımın və Donbass respublikalarının “işğalına” dair sualı cavablandırarkən bildirib.

“...Biz rejim dəyişikliyi axtarmırıq. Amma biz Rusiyanın bundan sonra bu cür təcavüzkar hərəkətlər etmək iqtidarında olmayacağına əmin olmalıyıq”.

Xatırladaq ki, Trass əvvəllər Hind-Sakit okean regionunda vəziyyətə nəzarət etmək üçün qlobal NATO-nun yaradılmasını müdafiə edənlərdən biri olub.

“...Biz diqqətimizi qlobal NATO-ya yönəltməyimiz vacibdir. Çünki biz Avro-Atlantik təhlükəsizliyi qorumaqla yanaşı, Hind-Sakit okean regionundakı təhlükəsizliyə də diqqət yetirməliyik”, - deyənTrass Kiyev silahlarına NATO standartlarına uyğun zəmanət vermək üçün Ukrayna, Polşa və digər ölkələrlə sıx əməkdaşlıqdan danışıb

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə