Latviya rus qazından imtina edir...

Latviya rus qazından imtina edir...

Latviya hakimiyyəti Rusiya qazından imtina etməyi planlaşdırır. Bunu respublikanın Xarici İşlər Nazirliyinin rəhbəri Edqar Rinkeviç deyib.

“Biz qaz təchizatı stansiyaları tikməyi və bunu Rusiya qazı olmadan etməyi planlaşdırırıq”. Qeyd edək ki, Edqar Rinkeviç bunu “Əl-Cəzirə” telekanalına verdiyi müsahibəsində bildirib.

SİA bu barədə “RİA Novosti”yə istinad edir.

Rinkeviçin sözlərinə görə, Latviya hakimiyyəti NATO-nun Baltikyanı ölkələrini “istənilən təhlükələrdən” qoruyacağına əmindir.

Bundan əvvəl Latviya hakimiyyəti bu ilin sonuna qədər Latviyada neft məhsullarının tədarükündə enerji böhranı yaratmışdı.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə