ABŞ Ukraynaya artilleriya və radarlardan ibarət yeni hərbi yardım göndərəcək. Bu barədə Amerika lideri Cozef Bayden bildirib. Kiyevi dəstəkləmək üçün vəsaitin qalan limitini tükəndirməklə, 100 milyon dollara tədarük hazırlanır.
Maraqlıdır, bu fikirləri yazan rus saytları hansı məntiqə əsasən ABŞ-ın Kiyevə göstərəcəyi maliyyə yardımının artıq tükəndiyini deyirlər?
“...Bu gün mən Ukraynanı əlavə artilleriya, radar və digər avadanlıqlarla təmin edəcək başqa bir müdafiə yardım paketini elan edirəm”.
Qeyd edək ki, SİA-nın rus saytlarına istinad edydiyi bu fikirləri Bayden bildirib. Amma o bu yardımın Ukraynaya göndərdiyi son yardım olmasıyla bağlı heç nə deməyib.
Maraqlıdır ki, ruslar ABŞ dövlət katibi Entoni Blinken 100 milyon dollarlıq tədarükün hazırlandığı və konqres tərəfindən Ukraynaya yardım üçün nəzərdə tutulmuş limitin artıq bitməsi ilə bağlı dediklərini əsas tutaraq bu qədər “sevinirlər”.
Yeri gəlmişkən bildirək ki, ruslar “tükənmiş limit”lə bağlı bir müddət bundan əvvəl “Reuters”da yer alan başqa bir materialı da diqqətə çatdırıb onunla “təsəlli” tapmağa çalışırlar.
Qeyd edək ki, həmən materialda öz qaynaqlarına istinad edən “Reuters” yazıb ki, “...Bayden Ukraynaya 100 milyon dollar məbləğində əlavə hərbi yardım üçün sərəncam imzalamağı planlaşdırır. Nəşrdə bu silahın son dövrlərdə Ukraynaya edilən son transfer seriyası olacağı ifadə edildi”.
“... ABŞ Rusiya Federasiyasının Ukraynanın demilitarizasiyası və denazifikasiyası üzrə xüsusi əməliyyatına başlaması ilə əlaqədar Kiyevə yardım edir. Bildirilib ki, Vaşinqtonda Ukrayna ordusuna dəstək üçün vəsait tükənir. Ağ Ev bu məqsədlər üçün ayrılan 3,5 milyard dollardan 250 milyonunun qaldığını bildirib. Eyni zamanda, Konqresin Nümayəndələr Palatası 40 milyard dollarlıq yardım paketini müzakirə etmək niyyətindədirlər”.
Bu fikirlər də “Reuters”a aiddir. Amma nəşr burada ABŞ-ın Ukraynaya bundan sonra daha yardım göstərməyəcəyi iə bağlı heç nə demir.
...Belə görünür ki, rusları ümidləndirən bu yardım paketinin Konqresdə müzakirədən keçməməsi ehtimalıdır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB