Gürcüstan Müdafiə Qüvvələri hərbi təlimlər keçirib

Gürcüstan Müdafiə Qüvvələri Samtsxe-Cavaxetiya bölgəsindəki Orfolo poliqonunda “Helati 2022” adı altında hərbi təlimlər keçirib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, hərbi təlimlər NATO-nun JTEC birgə hazırlıq mərkəzinin dəstəyi ilə Gürcüstan Müdafiə Qüvvələrinin Baş Qərargahı və Qərb Komandanlığı tərəfindən təşkil olunub.

Əsasən ordunun müdafiə qabiliyyətinin artırılmasına yönəlmiş təlimlərdə quru qoşunlarının, tank, artilleriya bölmələrinin, hərbi hava və hava hücumundan müdafiə qüvvələrinin, habelə hərbi polis, xüsusi mühafizə, sərhəd və sahil mühafizə qüvvələrinin bölmələri iştirak ediblər.

Mi-24 və Müdafiə Qüvvələrində silahlanmaya daxil edilmiş “İrokez” helikopterlərindən də istifadə olunub.

Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin hərbi attaşe aparatının zabitləri də təlimlərin gedişini izləyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...