Yeddi ölkə Rusiyaya qarşı “taxıl” alyansı yaradacaq

"G7” (“Yeddilik Qrupu”) nümayəndələri ərzaq təchizatı ilə bağlı problemlərin və Rusiya tərəfindən Ukrayna limanlarının blokadasının qarşısını almaq üçün “taxıl” alyansı yaradacaqlar,

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri “Der Spiegel” yayıb.

Qəzet qeyd edir ki, Afrika və Yaxın Şərq ölkələri Ukraynadan ucuz taxıl ixracından asılı olduqları üçün aclıq təhlükəsi ilə üzləşirlər. Alyansın vəzifələri G7-yə üzv dövlətlərin qıtlıq şəraitində ərzaq təminatı çərçivəsində maliyyələşdirilməsini və əməkdaşlığını təmin etməkdir. Alyansın yaradılması təşəbbüsü Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf naziri Svenje Şulze və Dünya Bankının prezidenti Devid Malpasa məxsusdur.

Qeyd edək ki, artıq nəşrin də etirafına görə, Rusiya Ukrayna limanlarından buğda daşınmasına qarşısını almaq üçün bütün addımları atır...

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə