Bölgədə son vəziyyət dəyərləndirilib

Bölgədə son vəziyyət dəyərləndirilib

Luqansk qubernatoru Serniy Haydai toqquşmaların intensiv olduğunu deyib və Dombas bölgəsindəki son vəziyyəti dəyərləndirib. SİA xəbər verir ki, dünən gecə Donbassda düşmənin 16 hücumu dəf edilib, 8 tank, qoşunların 17 zirehli döyüş maşını, 4 xüsusi zirehli texnikası və şərti düşmənin 6 texnikası məhv edilib.

Severodonesk şəhərində bombardman nəticəsində 4 nəfərin öldüyünü, 3 nəfərin isə yaralandığını bildirən Haydai Lisiçansk şəhərindəki güclü bombardmadan nəticəsində sonuncu işləyən yarımstansiyanın da dağıldığını və elektrik enerjisinin olmadığını bildirib.

Hüseyn Rəhimzadə

Bütün xəbərlər Facebook səhifəmizdə