Portuqaliya məktəblərində müəllim çatışmlr

Portuqaliya məktəblərində müəllim heyətinin yaşlaşması və çatışmazlığı ölkənin təhsil sahəsində ən böyük problemlərdən biridir.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, proqnozlara görə, üç ildən sonra problem 250 min şagirdi əhatə edə bilər və müəllim çatışmazlığı isə yalnız 7-12-ci siniflərə təsir edəcək.

Təhsil sahəsində ekspertlər on il ərzində məhz müəllim heyətinin yaşlandığı və onların sonradan təqaüdə çıxdığına dair xəbərdarlıq ediblər.

Portuqaliya Milli Təhsil Şurasının (CNE) məlumatına görə, hazırda ibtidai və orta məktəb müəllimlərinin əksəriyyətinin yaşı 50-dən az deyil və 2030-cu ilə qədər müəllimlərin yarısının təqaüdə çıxacağı ehtimal olunur.

Ölkə məktəblərinə 2022/23-cü ildən 2025/26-cı ilədək 928 müəllim, yəni ildə 232-yə yaxın müəllim tələb olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə