Şröderi pensiyasından məhrum edirlər?

Rus saytlarının "Frankfurter Allgemeine Zeitung" nəşrinə istinadən yazdıqlarına görə, Xristian Demokrat İttifaqı Almaniyanın keçmiş kansleri Qerhard Şröderi Rusiya ilə əlaqələrinə görə dövlət qulluqçusu kimi aldığı təqaüdlərindən məhrum etməyi təklif edib.

Alman nəşri yazır ki, bu təklif Şröderin Rusiya prezidenti Vladimir Putinlə təmasları, eləcə də Rusiyanın enerji şirkətlərində tutduğu vəzifə ilə bağlıdır.

Maraqlıdır ki, nəşr hakim koalisiyanın bu məsələdə Xristian Demokrat İttifaqı qədər uzağa getmədiyini də qeyd edib.

SİA-nın əldə etdiyi məlumata görə, materialın müəllifi Markus Verner Almaniya Sosial Demokrat Partiyasından olan deputat Kati Mastın sözlərini də sitat gətirib.

...Millət vəkili qeyd edib ki, indiki halda söhbət mülkiyyət hüququndan gedir, ona görə də belə bir addımın atılması son dərəcə şübhəlidir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə