Baydenin böyük qızı koronavirusa yoluxub

ABŞ prezidenti Cozef Baydenin böyük qızı Eşlinin COVID-19 testi müsbət çıxıb. Bu barədə mayın 18-də Ağ Evin nümayəndələrinə istinadən “ABC News” məlumat yayıb.

SİA-nın əldə etdiyi məlumata görə, xəstəliyin nə qədər ciddi olduğuna dair heç bir söz deyilmir. Lakin məlumdur ki, Eşli Bayden Latın Amerikasına səfərini ləğv etməli olub. Bildirək ki, o səfər zamanı ABŞ-ın birinci xanımı Cil Baydeni müşayiət etməli idi.

Qeyd olunur ki, xəstəlyə görə prezident Cozef Bayden və onun xanımı xəstə qızı ilə “yaxın təmas” qurmurlar.

Əlavə edirik ki, bu, Baydenin ətrafındakı COVID-19 üçün müsbət testdən keçən ilk şəxs deyil. Belə ki, mayın əvvəlində ABŞ dövlət katibi Entoni Blinken koronavirus infeksiyasına görə evdən işləməyə məcbur olmuşdu.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə