Avropa Çin hökmranlığına qarşı...

İsveçin akkumulyator istehsalçısı “Northvolt” avtomobil istehsalçılarına kommersiya tədarüklərinə başlayan ilk Avropa şirkəti oldu.

Qeyd edilməlidir ki, Avropa bununla Çinin sənayedəki hökmranlığına qarşı mübarizə planını həyata keçirir.

SİA-nın əldə etdiyi məlumata görə, bunu “Bloomberg” xəbər verir.

Beləliklə, İsveç şirkəti BMW AG, Volkswagen AG, Volvo Car AB və Polestar da daxil olmaqla elektrikli avtomobil istehsalçıları ilə 50 milyard dollardan çox müqavilə imzalayıb. İlin sonunadək “Northvolt” hasilatı artırmağı planlaşdırır.

Lakin bütövlükdə sənayedə çətinliklər batareyaların yaradılması üçün lazım olan kobalt və litiumun qiymətinin kəskin artması ilə bağlıdır.

Qeyd edək ki, Çin illərdir Afrika və Cənubi Amerikadakı mədən şirkətləri ilə daha sıx əlaqələr saxlayırdı. İsveçlilərin belə üstünlüyü yoxdur.

Bundan əvvəl Bank of America analitikləri Avropa üçün avtomobil böhranı proqnozlaşdırmışdılar. Ukraynadakı vəziyyətə görə ehtiyat hissələrinin çatışmazlığı və avtomobillərin istehsalının dayandırılması satışların bərpasını gecikdirəcək.

Məsələ bundadır ki, satışlar artıq doqquzuncu aydır ki, azalır və bundan əlavə yeni minik avtomobillərinin qeydiyyatı martda 19 faiz azalaraq 1,13 milyon avtomobil təşkil edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə