Paşinyan Kremldən KTMT-nin İrəvana yeridilməsini xahiş edib?

İddialara görə, hazırda ölkədə dövlətin konstitusiya quruluşunu təhdid edən millətçi hərəkat güclənməkdədir

Ermənistanın baş naziri Nikol Paşinyan Kremldən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının qoşunlarını ölkəsinə göndərməyi xahiş edib. Bu barədə öz mənbələrinə istinadən “Baza” telegram kanalı məlumat yayıb. Kanalın bildirdiyinə görə, Paşinyanın KTMT-yə müraciət etməsinə səbəb İrəvan və digər şəhərlərdə hər gün keçirilən kütləvi etiraz aksiyaları olub.

“...Nikol Paşinyan Moskvaya Təşkilat üzvlərindən zəmanət almaq üçün gəlib. Belə ki, İrəvanda vəziyyət Qazaxıstan ssenarisi üzrə inkişaf etsə, Rusiya və KTMT-nin digər üzvləri Ermənistana qoşun göndərəcəklər. İddialara görə, hazırda ölkədə dövlətin konstitusiya quruluşunu təhdid edən millətçi hərəkat güclənməkdədir”.

SİA-nın əldə etdiyi məlumata görə, bunu “Baza” Rusiya Federasiyası prezident administrasiyasındakı mənbəyə istinadən bildirib.

Bu arada “Baza” telegram kanalının digər həmsöhbəti qeyd edib ki, bunula bağlı Paşinyandan tələbi geri götürməsi xahiş olunub. Amma bu məsələ Ermənistanın baş naziri ilə Rusiya prezidenti Vladimir Putinin görüşündən sonra KTMT sammitinin sonuna qədər təxirə salınıb.

Maraqlıdır ki, məsələ ilə bağlı KTMT-nin mətbuat xidmətinə və Ermənistan hökumətinə sorğular göndərdiyini deyən Rusiyanın “URA.RU” saytı bununla bağlı tərəflərdən hələ ki, cavab almadığını bildirib.

Qeyd edilməlidir ki, bundan əvvəl KTMT sülhməramlıları artıq iğtişaşlar zamanı assosiasiyaya üzv olan ölkələrə yardım edib. Yəni əgər onlar Ermənistana göndərilsələr, bu onlar üçün ilk olmayacaq. Belə ki, yanvarın 2-də ölkədə başlayan etiraz aksiyaları səbəbindən Rusiya və KTMT-yə üzv olan digər ölkələrin hərbçiləri Qazaxıstana göndərilmişdi.

Xatırkadaq ki, həmən vaxt Qazaxıstanda tətbiq edilən fövqəladə vəziyyətdən sonra “KTMT sülhməramlıları” yüzlərlə insan öldürüb, minlərlə insanı isə şikəst etdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...