"Rusiyanın təhlükəsizliyi mütləq təmin olunacaq”

İsveç və Finlandiyanın NATO-ya qoşulmaq planlarını şərh edən Federasiya Şurasının sədri Valentina Matvienko bəyan edib ki, guya bu ölkələrin alyansa daxil olması Avropanın siyasi vəziyyətinə mənfi təsir göstərəcək. Ona sabitlik əlavə etməyəcək.

Matvienko səbəb də göstərib,.. çünki əvvəllər İsveç və Finlandiya real neytrallıq nümayiş etdiriblər ki, bunu biz də həmişə yüksək qiymətləndirmişik.

SİA-nın əldə etdiyi məlumata görə, şura sədri bunu “İzvestiya” qəzetinə müsahibəsində bildirib.

Matviyenkonun sözlərinə görə, bu ölkələrin alyansa qoşulmaq qərarı “kollektiv Qərbin, ilk növbədə ABŞ və NATO-nun təzyiqi altında olan” ölkələr tərəfindən verilib.

“...Rusiyanın hərbi cavabı NATO-nun Finlandiya və İsveç ərazilərində mövcudluğuna mütənasib və adekvat olacaq”. Qeyd edək ki, bu da Matviyenkonun sözləridir.

“...Mən sizi əmin edə bilərəm ki, Rusiyanın təhlükəsizliyi mütləq təmin olunacaq”.- deyən Matviyenko fikrini yekunlaşdırıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...