Rusların ambisiyaları azalıb?

...Bu arada ABŞ Kreml rejiminin Ukrayna ilə bağlı ambisiyalarının nəzərəçarpacaq dərəcədə azaldığını bəyan edib. SİA bu barədə Ukrayna saytına istinad edir.

Belə ki, ABŞ Müdafiə Nazirliyinin sözçüsü “The New York Times”a müharibənin 12-ci həftəsinin sonuna yaxınlaşdığı ərəfədə Rusiya qüvvələrinin öz əməliyyatlarında düzəlişlər etdiyini bildirib.

Qeyd edilməlidir ki, Pentaqon da çərşənbə günü rusların ukraynalı müdafiəçilərin müqavimətinə cavab olaraq daha kiçik bölmələrlə hücum etdiklərini deyib.

ABŞ müdafiə nazirliyinin fikrincə, bu, Kremlin Ukraynaya qarşı ambisiyalarının azaldığını göstərir. Bir neçə yüz əsgərdən ibarət tipik qruplar əvəzinə, hücumlara bəzən on-on beş əsgər göndərirlər.

Amerikalı səlahiyyətlinin sözlərinə görə, bu da ukraynalıların “tapşırıqlarını azaldır”.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...