Hindistanda fabrikin divarı uçub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hadisə Hindistanın Qucarat əyalətinin Mori bölgəsində baş verib. Duz fabrikinin divarının uçması nəticəsində 12 işçi ölüb, 13 nəfər yaralanıb. Rayon zabiti yaralanan 13 nəfərin həyati təhlükəsi olmadığını, bədənlərində sınıqlar olduğunu bildirib.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə