“Yakecan” tropik qasırğası sahil xəttini köpüklə örtür

Braziliyanın Rio Grande do Sul əyalətində təsirli olan “Yakecan” tropik qasırğası 182 min evi işıqsız qoyub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, qasırğa Uruqvayda dənizin daşmasına, çimərliklərin və evlərin köpüklə örtülməsinə səbəb olub. Meteoroloqlar tropik qasırğanın cümə axşamına qədər bölgəni vuracağı barədə xəbərdarlıq ediblər.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə