Rusiya NATO-nu gücləndirdi..?

ABŞ NATO-nu gücləndirdiyinə görə Rusiyaya təşəkkür edib?

Bu arada...“Washington Post”un köşə yazarı Maks Byt Rusiyanın Ukraynadakı xüsusi əməliyyatla NATO-ya yeni nəfəs verdiyini bəyan edib. SİA bu barədə “rambler”ə istinad edir.

Beləliklə, Fransa prezidenti Emmanuel Makronun 2019-cu ilin noyabrında NATO-nun “beyin ölümü” yaşadığını dediyini xatırladan amerikalı yazar Fransa rəhbərinin başqa bir fikrini, ABŞ-la bağlı, bu ölkənin getdikcə Avropadan üz döndərdiyini də yada salıb.

Qeyd edək ki, Macron həmçinin Avropanın oyanıb gücünü artırmağa başlamağın vaxtı çatdığını deyərkən bunu indi “hər şeyin uçurumda” olması ilı əlaqələndirirmiş.

Maraqlıdır, indi amerikalı jurnalistin fikrincə, “...belə çıxır ki, artıq NATO-nun beyni işləyir?”.

Maks Byt hesab edir ki, onlar Rusiyanın Ukraynadakı xüsusi əməliyyatı ilə “reanimasiya ediliblər”.

Məhz buna görə də, amerikalı jurnalist Moskvaya alyansı gücləndirdiyinə görə, yəni ona yeni nəfəs verdiyinə, onu Soyuq Müharibədən sonra heç vaxt olmadığı qədər siyasi cəhətdən daha vahid və hərbi cəhətdən daha güclü etdiyinə görə təşəkkür edib.

Qeyd edək ki, Byt NATO-nun Şərqi Avropadakı döyüş qruplarının sayını ikiqat artırdığını da xüsusi qeyd edib. O, ABŞ-ın Avropadakı qoşun sayını əvvəllər 80 mindən bu gün 100 minə qədər artırdığına da diqqət çəkib.

Yeri gəlmişkən jurnalist bundan əvvəl neytral statusa malik olan Helsinki və Stokholmun da Şimali Atlantika Alyansına üzv olmaq “həvəsinə düşdükləri”ni qeyd edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...