Pakistanın xarici işlər naziri ilk dəfə ABŞ-a rəsmi səfər edib

Pakistanın xarici işlər naziri Bilaval Bhutto Zərdari təyinatından sonra ilk dəfə ABŞ-a rəsmi səfər edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bilaval Bhutto Zərdari qlobal ərzaq təhlükəsizliyi üzrə nazirlər konfransında və BMT Təhlükəsizlik Şurasında “Beynəlxalq sülhün və təhlükəsizliyin qorunması: münaqişələr və ərzaq təhlükəsizliyi” mövzusunda açıq debatda iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə