Rusların Qara Dənizdəki yeni flaqmanı

...Yadınızda olar, o vaxt Rusiya Müdafiə Nazirliyi Qara Dəniz Donanmasının flaqmanı sayılan "Moskva" raket kreyserinin yanğın nəticəsində ciddi zədələndiyi və kreyserdə partlayış baş verdiyi bildirilmişdi.

Daha sonra limana aparılan gəmi dənizə gömülmüşdü, yəni batmışdı. Həmən ərəfədə, “Moskva” raket kreyserində yanğının söndürülməsi zamanı bir hərbçi həlak oldüyü, 27 ekipaj üzvünün isə itkin düşdüyü bildirilirdi. 400-ə yaxın ekipaj üzvünün isə təxliyə edildiyi deyilirdi.

Bundan əlavə, zabitlərin, miçmanların və müqaviləli xidmət dənizçilərinin əksəriyyətinin guya Qara Dəniz Donanmasının gəmilərində xidmətini davam etdirmək istəklərini bildirilmişdi.

SİA bütün bunların rus saytlarının yazdığını bildirir. Təbii ki, bütün bunlar öz yerində.

Amma məsələ bundadır ki, "Moskva" raket kreyseri rusların Qara dənizdə üzən yeganə döyüş gəmisi deyildi. Qara dənizdə bu gün də rusların kifayət qədər döyüş gəmiləri üzür. Lakin, deyəsən, flaqmansız “keçinə bilmirlər”.

...Budur, yeni flaqman, “Admiral Makarov” raket freqatı.

Rusların dediyinə görə, “Admiral Makarov” flaqman adına layiq olduğunu Odessa vilayətində Ukraynanın mövqelərini atəşə tutanda, İliçevsk limanından bir qədər aralıda Ukraynanın "Neteşin" dalğıc gəmisini zenit raketi ilə vuranda doğruldub.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə