"...Sərhəd Alekseyevkada Ukrayna ordusu tərəfindən atəşə tutulduqdan sonra rabitə, qaz və elektrik enerjisi bərpa edilib” Bunları Kursk vilayətinin qubernatoru Roman Starovoit bildirib. O daha sonra top atəşinə tutulan kənddə rabitə, qaz və işığın tamamilə bərpa olunduğunu bildirib.

Qubernator kənddəki yaşayış və qeyri-yaşayış sahələrinə şəxsən özünün baxış keçirdiyini Telegram-da yazaraq bunu bütün Rusiyaya bəyan edib.

Starovoitin məlumatına görə, hazırda kənddə iki təcili yardım briqadası işləyir. Təmir işlərinin isə mayın 21-dək başa çatdırılması nəzərdə tutulub.

Qeyd edək ki, rusiyalı qubernator mayın 17-də səhər saatlarında ukraynalıların Kursk vilayətinin Alekseevka sərhəd kəndini iriçaplı silahlardan atəşə tutulduğunu da deməyi yaddan çıxarmır.

Sən demə, bununla kifayətlənməyən, Ukrayna Silahlı Qüvvələri hələ bir vilayətin Tyotkino kəndinin kənarında yerləşən şəkər zavodunu da atəşə tutublar.

...Maraqlıdır, Kurskun balaca bir kəndi, Alekseyevkada atəş nəticəsində hansısa bir qaz turbasının və ya fərdi bir evin “xəsarət almasından” bu qədər “”ağrınan” rusiyalı qubernator, görən, xarabazarlıqlara çevrilmiş Ukrayna şəhər və kəndlərini, vaxtilə burada yaşayan uşaqlı böyüklü ukraynalıların indi didərgin həyatı yaşadıqlarını yadına salırmı?

SİA bu barədə rus saytlarına istinad edir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə