“Yaxşı vuruşduğumuz kimi... yaxşı da istirahət edirik”

Deyirlər... Rusiya Gürcüstanla da quru sərhədini açacaq, həmçinin üçüncü ölkələrdən Ermənistan və Qırğızıstan vətəndaşlarının ölkəyə girişinə icazə verəcək.

Amma məhdudiyyətlər Abxaziya, Cənubi Osetiya, Monqolustan, Qazaxıstan, Çin, “DXR”, “LPR” və Gürcüstana ölkəni tərk etməyə hazırlaşan ruslara şamil edilməyəcək.

SİA bu barədə Rusiya saytlarına istinad edir.

Yeri gəlmişkən, ruslar “düşmənlərinə” gözdağı verməyi də unutmurlar. Belə ki, onlar dünyaya bəyan etməyə çalışırlar ki, baxın, ruslar “cəbhədə yaxşı vuruşduqları kimi, yaxşı da istirahət” edirlər. İnanmırsınız, diqqətlə baxın!

...Deməli, təkcə may tətillərində xaricə istirahətə gedən rusların sayı 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə dörddə bir dəfə çox çox olub. Rusların yazdığına görə, ölkə daxilində turist axınının səviyyəsi də eyni olub.

Bu il, 2022-ci ildə ən populyar xarici tətil istiqamətləri Belarus, Qazaxıstan, Türkiyə, Abxaziya və Birləşmiş Ərəb Əmirlikləri olub.

...Və eyni zamanda, turistlərin sayında ən ciddi artım Türkiyə (doqquz dəfə), Tailand (4,5 dəfə), Tacikistan (üç dəfə), Özbəkistan və İsrail (2,5 dəfə) və Gürcüstanda (2 dəfə) baş verib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...