İranda 4,9 maqnitudalı zəlzələ baş verib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri Çaharmahal və Bəxtiyari ostanın mərkəzi olan Şəhrikürd şəhərindən 89 km cənub-qərbdə yerləşib. Zəlzələ ocağı 10 km dərinlikdə yerləşib.

Bütün xəbərlər Facebook səhifəmizdə