Meksikada itkin düşənlərin sayı yüz min nəfəri keçib

Meksikada itkin düşənlərin sayı yüz min nəfəri keçib

Meksikada 1964-cü ildən indiyədək itkin düşənlərin sayı yüz min nəfəri keçib.

SİA APA-ya istinadən xəbər verir ki, bu barədə daxili işlər nazirliyinin statistikasında bildirilir. Qeyd olunur ki, 16 aprel 1964-cü ildən 16 may 2022-ci ilədək 100 012 nəfər itkin kimi qeydiyyata alınıb. Onların 70%-i kişidir. İtkin düşmə halları son 16 ildə kəskin artıb və başlıca olaraq narkotik ticarəti şəbəkəsi ilə əlaqədardır.

Lakih QHT-lər bu rəqəmi çox kiçik hesab edirlər.

Bundan başqa ölkənin morqlarında şəxsiyyəti müəyyən edilməmiş 37 000 meyit var. Morqlar həddən artıq dolduğu üçün bir çox meyit şəxsiyyəti müəyyən edilmədən basdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə