İşxan bu gün İrəvanı iflic edəcəyinə söz verib

İşxan bu gün İrəvanı iflic edəcəyinə söz verib

Ermənistan müxalifəti bu gün paytaxt İrəvanı iflic vəziyyətə salacaq.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə ölkə parlamentinin vitse-spikeri, müxalif “Hayastan” fraksiyasının üzvü İşxan Saqatelyan bildirib.

“Saat 8:00-dan biz bütün şəhərdə kütləvi itaətsizlik və etiraz aksiyalarına başlayacağıq. Küçələri bağlayacağıq, nəqliyyatı bağlayacağıq. Səhər bütün şəhər iflic vəziyyətinə düşməlidir”, – o deyib.

Saqatelyan dövlət qulluqçularına, işə gedəcək bütün vətəndaşlara müraciət edib: “İşəgötürənlərinizə sabah işə gəlməmək üçün qanuni hüququnuz olduğunu bildirin, çünki şəhər mahiyyətcə iflic olacaq”.

Müxalifətçi tələbələri dərsə getməməyə, mübarizəyə qoşulmağa çağırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə