Finlandiyada NATO-ya üzvlüklə bağlı dinləmələr keçirilib

Finlandiya parlamentində ölkənin NATO-ya üzvlüyü ilə bağlı gərgin müzakirələr aparılıb.

SİA-nın əldə etdiyi məlumata görə, debatlar 14 saatdan çox davam edib. İclasda 212 nəfər nitq söyləyib.

İclasın sonunda parlament xarici işlər komissiyasından hesabat hazırlamağı tələb edib. Bildirilib ki, müvafiq təkliflər ediləcəyi halda, parlament bu məsələləri səsverməyə çıxara bilər.
Bundan əlavə, hökumətin hazırladığı NATO-ya üzvlüklə dair müraciət sənədi də müzakirə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə