ABŞ Kubayla bağlı bir sıra məhdudiyyətləri yumşaldır

Kuba Xarici İşlər Nazirliyi ABŞ-ın bir sıra viza və maliyyə məhdudiyyətlərini yumşaltmaq qərarını düzgün istiqamətdə atılan addım adlandırıb.

SİA bu barədə “rosbalt”a istinad edir.

“Bu gün Birləşmiş Ştatlar hökuməti Kubaya qarşı bir sıra müsbət, lakin əhatə dairəsi çox məhdud olan tədbirləri açıqlayıb”.

Qeyd edək ki, bu fikirləri Rusiyanın TASS agentliyi Kuba diplomatik departamentindən sitat gətirib.

Nazirlikdən verilən məlumata görə, bu akt hələ ki, məhdud olsa da, amma düzgün istiqamətdə atılan addımdır.

Xatırladaq ki, bir müddət bundan əvvəl ABŞ Kuba vətəndaşları üçün konsulluq xidmətlərini genişləndirib. Təbii ki, bu da daha çox kubalının ABŞ-dakı ailələrinə qovuşacağına kömək olacaq

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə