Afrikadakı çevriliş cəhdləri pislənib

Mayın 12-də Malidə dövlət çevrilişi etməyə cəhd ediblər.

SİA xəbər verir ki, bu barədə ölkənin Ərazi İdarəetmə və Mərkəzsizləşdirmə Nazirliyi bildirib: “2022-ci il mayın 11-dən 12-nə keçən gecə Malidə bir qrup anti-proqressiv zabit dövlət çevrilişinə cəhd edib”.

Qeyd edək ki, bu barədə rusların “RİA Novosti” saytı da məlumat yayıb.

Qeyd edək ki, hərbi qruplaşmaya “Qərb dövləti”nin dəstək verdiyi bildirilir.

...Nazirlikdən verilən məlumata görə, dövlət çevrilişinə cəhdin qarşısı alınıb.

Yeri gəlmişkən, belə cəhdlərdən biri də bir müddət bundan əvvəl Qvineya-Bisaunun paytaxtında, hökumət binası yaxınlığında da yaşanmışdı.

Belə ki, prezident Umaro Sissoko Embalonun sədrliyi ilə keçirilən Nazirlər Şurasının iclası zamanı avtomatdan atəş açılmışdı.

Qeyd edək ki, bu atışmanı pisləyən Qərbi Afrika İqtisadi Birliyi Təşkilat bu hadisəni də “çevriliş cəhdi” adlandırıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə