Renault qrupunun Rusiyadakı aktivləri dövlət mülkiyyətinə keçdi

Rusiya Federasiyası Sənaye və Ticarət Nazirliyinin rəsmi Telegram kanalında bu baredə məlumat yayılıb.

TRT Rusiya Federasiyası Sənaye və Ticarət Nazirliyinin rəsmi Telegram kanalında verilən məlumata istinadən xəbər verir ki, "Renault Russia" şirkətinin səhmləri Moskva şəhərinə, "Renault"un "Avtovaz"dakı payı isə Avtomobil üzrə Mərkəzi Tədqiqat İnstitutuna (NAMİ) verilib. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.

Aktivlər aşağıdakı kimi bölüşdürüləcək: "Renault Russia" QSC-nin səhmlərinin 100%-i Moskva şəhərinə məxsus olacaq. Avtovaz avtokonserninin səhmlərinin 67,69%-i NAMI tərəfindən təmsil olunan Rusiya Federasiyasının mülkiyyətinə keçəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə