Donald Tramp Twitter-ə “qayıtmayacaq”

Donald Tramp Twitter-ə “qayıtmayacaq”

Amerikanın keçmiş prezidenti Donald Tramp milyarder İlon Maskın təklifindən sonra Twitter-ə qayıtmaqdan imtina edib.

“Təklifə görə minnətdaram, amma mən heç vaxt Twitter-ə qayıtmayacağam”, - deyə Tramp bildirib.

SİA bu barədə “RİA Novosti”yə istinad edir.

...Eyni zamanda keşmiş prezident özünün “Truth” sosial şəbəkəsindən istifadə etməyə üstünlük verdiyini vurğulayıb. Trampın sözlərinə görə, amerikalı milyarderin Twitter-i alacağı elan edilmiş qiymət çox yüksəkdir. Keçmiş Amerika liderinin vurğuladığı kimi, “yalnız axmaq bu cür pula sosial şəbəkə ala bilər, amma... Elon Mask axmaq deyil”.

Xatırladaq ki, bundan əvvəl amerikalı milyarder Donald Trampın Twitter hesabının bloklanmasını “səhv” adlandırmışdı.

Mask həmçinin sosial şəbəkəyə siyasətinə qaytarmağa hazır olduğunu da açıqlayıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə