Stoltenberqdən Ukraynaya dəstək

Stoltenberqdən Ukraynaya dəstək

NATO-nun baş katibi Yens Stoltenberq Ukraynanın Rusiya üzərində qələbə şanslarını dəyərləndirib.

Onun bu sözlərini Berlində alyansa daxil olan ölkələrin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşünün yekunları üzrə material dərc edən “Reuters” agentliyinə istinadən “Kommersant” nəşri yayıb. SİA bu barədə rus saytlarına istinad edir.

Beləliklə, baş katibin sözlərinə görə, hazırda xüsusi əməliyyat Rusiya tərəfinin planına uyğun getmir.

“...Onlar Kiyevi ala bilmədilər. Onlar Xarkovdan geri çəkilirlər və onların Donbassdakı əsas hücumu dalana dirənib” -deyən Stoltenberqin fikrincə, “...məhz bu baxımdan Ukrayna bu müharibədə qalib gələ bilər”

Qeyd edək ki, Stoltenberq ukraynalıların vətənpərvərliklərini də yüksək qiymətləndirib. Onun fikrincə, “...ukraynalılar vətənlərini cəsarətlə müdafiə edirlər”.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə