Almaniyanın Rusiya idxalına xərcləri görünməmiş sayda sanksiyalara və ticarətin azalmasına baxmayaraq artıb.
SİA rus saytlarına istinadən bildirir ki, bu barədə Federal Statistika İdarəsinin məlumatlarına istinad edən yerli “Deutsche Wirtschafts Nachrichten” məlumat yayıb.
Beləliklə “RİA Novosti” xəbər verir ki, bu gün Almaniyanın Rusiyadan etdiyi tədarükün ümumi dəyəri 77,7 faiz artaraq 4,4 milyard avroya çatıb. Qeyd olunur ki, buna səbəb xammal, o cümlədən neft və qazın bahalaşması olub.
Eyni zamanda, Almaniyanın Rusiyaya ixracı 58,7 faiz azalaraq 1 milyard avroya düşüb. Rusiya ilə ticarət kəsiri (ixrac və idxalın həcmi arasındakı fərq) rekord həddə - 3,4 milyard avroya çatıb.
Xatırladaq ki, bir müddət bundan əvvəl Rusiya qazının qəfil dayandırılacağı təqdirdə bunun Almaniyanın enerji sektorunda hərbi vəziyyətin tətbiqinə səbəb olacağına gətirib çıxaracağını deyirdilər. Qeyd edək ki, bu hələ baş verməyib.
Amma qazın mümkün dayandırılması Almaniyada çörəkçilərdən tutmuş kimya istehsalçılarına qədər 80 milyon insana təsir edəcəyini iddia edən analitiklərinin fikrincə, bu Berlin üçün ən pis ssenari olacaq.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB