“...İsveçin Şimali Atlantika Alyansına daxil olması regionda eskalasiya təhlükəsi yaradır”.
SİA “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu İsveçin Sol Partiyasının rəhbəri Nüşa Dadqostar bildirib.
“NATO-ya daxil olmaq yaxın ərazilərdə təhlükəli eskalasiya ilə təhdid edir. Gərginlik artır, münaqişə riski artır. Bu yanlış yoldur”, - deyə o bildirib.
Onun sözlərinə görə, İsveçin NATO-ya üzvlüyü ölkənin Ukraynada silahlı münaqişəyə cəlb olunmasına gətirib çıxara bilər. Siyasətçi onu da qeyd edir ki, Skandinaviya dövləti alyansın himayəsi altında müharibələrdə iştirak etməyə məcbur ola bilər.
Dadqostar qeyd edib ki, İsveç NATO-ya daxil olmaqla həm də siyasi təzyiqlə üzləşə bilər. O, həmçinin diqqətini İsveç ərazisində nüvə silahının yerləşdirilməsi imkanlarına yönəldib: onun fikrincə, bu baş verərsə, Rusiya İsveçi təhlükə kimi qəbul etməyə başlayacaq. Eyni zamanda partiya başqanı yerləşdirmə riskinin yüksək olduğunu qeyd edir.
Dadqostar vurğulayıb ki, İsveç Şimali Atlantika Alyansına qoşulmaq üçün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın tələblərini yerinə yetirməli, o cümlədən kürd qoşunlarına dəstəyi dayandırmalıdır.
Yaşıllar Partiyasının lideri Märtha Stenevinin sözlərinə görə, İsveç parlamentinin üzvləri NATO-ya üzvlükdənsə, ölkənin hərbi sahədə müstəqilliyinə üstünlük verəcəklər. O, hesab edir ki, hökumət bu ərazidə nüvə silahının yerləşdirilməməsini necə dəqiq şəkildə təmin edəcəyini nümayiş etdirməlidir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB