ABŞ-ın Texas ştatında silahlı atışmada 2 nəfər ölüb

ABŞ-ın Texas ştatında silahlı atışmada 2 nəfər ölüb

ABŞ-ın Texas ştatının Hyuston şəhərində bazarda baş verən silahlı atışma nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Harris əyalətinin şerifi Ed Qonzales bildirib.

Onun sözlərinə görə, silahlı insident iki qrup arasında baş verib. Atışma zamanı yalnız münaqişə iştirakçıları xəsarət alıblar.

Hadisə yerindən iki tapança götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə