Ərazi Müdafiə Qüvvələrinə yeni komandir təyin edilib

Ərazi Müdafiə Qüvvələrinə yeni komandir təyin edilib

Ukrayna prezidenti Vladimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Ərazi Müdafiə Qüvvələrinə yeni komandan təyin edib.

SİA bu barədə “rambler”ə istinad edir.

“General-mayor Tantsyura İqor İvanoviç Ukrayna Silahlı Qüvvələrinin Ərazi Müdafiə Qüvvələrinin komandanı təyin edilsin”.

Zelenski digər sərəncamı ilə Yuri Qaluşkini bu vəzifədən azad edib.

Rus saytını “narahat edən” komandir dəyişikliyinin səbəbləri barədə məlumat verilməməsidir.

Qeyd edək ki, Ukraynada 2022-ci il yanvarın 1-də “Milli müqavimətin əsasları haqqında” qanun qüvvəyə minib.

Ukrayna Silahlı Qüvvələrinin Ərazi Müdafiə Qüvvələrinin əsas vəzifəsi ərazi müdafiəsinin təşkili və həyata keçirilməsindən ibarətdir.

Onu da qeyd edək ki, Ukraynanın Ərazi Müdafiə Qoşunları Ukrayna Silahlı Qüvvələrinin ehtiyat hissəsidir. Xatırladaq ki, bu gün ölkədə 100 min nəfərə qədər olan 25 ərazi müdafiə briqadası var.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə