...amma biz “Azovstal” müdafiəçilərimizi xilas edə biləcəyimizə ümidliyik...
“Putin razılıq vermir...”

"Azovstal” müdafiəçilərini xilas etmək üçün bütün mümkün beynəlxalq təşkilatlar və praktiki olaraq bütün dünya liderləri iştirak edir, lakin Rusiya prezidenti Vladimir Putin buna razılıq vermir.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə telemarafonun efirində müdafiə nazirinin müavini Anna Malyar bildirib.

O, qeyd edib ki, ölkə hakimiyyəti “Azovstal”ın müdafiəçilərinin azad edilməsi üçün çox işlər görür, lakin bu, hərbi əməliyyatdır və onun təfərrüatlarını açıqlamaq mümkün deyil. Yəni burada gizli saxlanılası nüanslar var.

“...Biz bunu çatdıra və açıq şəkildə qohumlara deyə bildik. Çünki bunları bilmək onların haqqıdır. Və sualların çoxu, həqiqətən ümid edirəm ki, silinib. Çünki cəmiyyətdə çox yayılmış təkliflər - gəlin bunu edək, bunu edək - əslində artıq verilib. Biz "Azovstal"ın müdafiəçilərimizi azad edə bilərik, buna Putin, sadəcə olaraq, razılaşmır”.

Müdafiə nazirinin müavini Anna Malyar deyir bunları...

Onun sözlərinə görə, əgər hazırda zavodda hərbi əməliyyat keçirmək və zavoddakı həbçilərimizi blokadadan çıxarmaq mümkün olsaydı, Ukrayna Silahlı Qüvvələri bunu mütləq edərdi. Bu gün bununla bağlı müxtəlif planlar nəzərdən keçirilir və hazırlanır ki, bunlar hərbi planlardır...

“...Onları açıqlaya bilmərik. İndi demək olar ki, bütün dünya liderləri Putinlə danışmağa cəlb olunub. Dövlətimiz onların hamısı ilə əlaqə saxlayır. Putinlə əlaqə saxlamaq üçün bütün mümkün beynəlxalq təşkilatlar cəlb olunub”.

Bunları deyən Malyar əlavə edib: “...ümid edirik ki, bu gün faktiki olaraq Ukraynanın bir çox bölgələrini əhatə edən “Azovstal” müdafiəçilərimizi xilas edə biləcəyik, çünki Mariupolun müdafiəsi bizə Ukraynanın digər bölgələrinə daha çox hərəkət edə bilməyən çoxlu sayda rus qoşununu orada cəmləşdirməyə imkan verir”.

Yeri gəlmişkən qeyd edək ki, bir müddət bundan əvvəl “Azovstal” müdafiəçilərinin yaxınları Çini Ukrayna hərbçilərinin Mariupoldan çıxarılmasına kömək etməyə çağırmışdılar:

“...Biz Çindən xahiş edirik ki, bu müharibəyə müdaxilə etsin və bu müharibədə sülhməramlı qismində çıxış etsin, bizim Mariupoldakı, "Azovstal"dan olan əsgərlərimizin xilaskarına çevrilsin. Zaman keçir, günlər, dəqiqələr, saniyələr keçir. Əsgərlərimiz artıq cəhənnəmi görüblər, onlara günəşi görmək imkanı verin" - deyə Mariupol müdafiəçilərinin yaxınları ümumi bəyanatda istəklərini səsləndiriblər.

Amma kimə deyəsən?

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə